CƏMİYYƏT


Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışlarda uğurla iştirak edib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışlarda uğurla iştirak edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə VI yarışları keçirilib.

Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunmuş yarışlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi də uğurla iştirak edib.

DGK-nın Kinoloji Mərkəzi bu yarışlarda narkotik vasitələrin minik maşınlarında axtarışı üzrə mərhələdə 1-ci və 3-cü yerlərə, narkotik vasitələrin əl yüklərində axtarışı üzrə mərhələdə 3-cü yerə layiq görülüb. Ümumi komanda hesabında isə DGK-nın Kinoloji Mərkəzi bürünc medala layiq görülərək 3-cü yeri qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.