REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 28 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev meydanı 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.