REGİONLAR


Dövlət Gömrük Komitəsinin sədri Ağdaşda bölgə vətəndaşlarını qəbul edib VİDEO

A+ A

Ağdaş, 2 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbulda komitə sədri Aydın Əliyev Ağdaş, Göyçay, Yevlax və Ucar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Komitə sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.