REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib VİDEO
Siyəzən, 29 dekabr, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbul zamanı Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri, əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.