ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasını bu il 381 tələbə bitirib VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2016-2017-ci tədris ilinin məzunları ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, qazanılan nailiyyətlərdən danışıb. Bildirilib ki, bu il DİA-nı 381 tələbə bitirir. Onlardan 285-i bakalavriat, 96-sı isə magistr pilləsində təhsil alıb.

Akademik U.Ələkbərov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edib, respublikamızın çox sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.

DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, professor Zaur Bağırov, inzibati idarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılov və digər çıxış edənlər də məzunları təbrik edib, onlara xoş arzularını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.