CƏMİYYƏT


Dövlət İdarəçilik Akademiyasının birinci kurs tələbələri üçün ilk mühazirə Azərbaycanın uğurlarına həsr olunub

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birinci kurs tələbələri ilk mühazirələrini sentyabrın 20-də Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi ilə tanışlıqdan sonra DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan Respublikasının dövlət idarəetmə modelinin uğuru: Ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirəsində Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqinda ətraflı məlumat verən rektor bildirib ki, məktəb ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə yaradılıb. Ulu Öndərin misilsiz tarixi xidmətlərindən danışan U.Ələkbərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttini əzmlə davam etdirir. Dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, ölkəmizin dünyaya tanıdılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər də təqdirəlayiqdir.

Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə DİA-nın yaradılmasının məqsədi dövlət idarəetmə sahəsi üçün gənc mütəxəssislərin hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunmasıdır. Dövlət qulluğu üçün gənc kadrların hazırlanması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan DİA-nın qarşısında çox məsul vəzifə durmaqdadır. Rektor ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəflərini, eləcə də davamlı inkişafa təsir edən amilləri beynəlxalq təşkilatların hesabatları ilə müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırıb.

Azərbaycanın regionda və dünyada söz sahibinə çevrildiyini deyən rektor vurğulayıb ki, ölkəmizin inkişaf göstəriciləri bir çox beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, UNESCO-nun, Dünya Bankının və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.