ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib

Bakı, 28 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Dəniz Akademiyasının gəmi energetik qurğularının istismarı mühəndisliyi, dəniz naviqasiyası mühəndisliyi və elektrik mühəndisliyi ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlərlə bağlı məlumat yayıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında tələb olunan şərtləri ödəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər iyulun 31-dən avqustun 3-dək Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə, ev 120 A (Gömrük Hospitalının yanı) ünvanında yerləşən “AXDG” QSC-nin 1 saylı poliklinikasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər.

Müayinədən uğurla keçən abituriyentlər üçün ixtisas seçimi avqustun 6-dan 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.