ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Daşkəsəndə vətəndaşları qəbul edəcək

Bakı, 1 iyun, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul iyunun 8-də saat 10:00-da rayon mərkəzində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Gəncə şəhəri, Daşkəsən, Samux, Göygöl, Gədəbəy rayon sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını (http://eservices.dim.gov.az/sedrinqebulu/) doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Gəncə Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, görüşdə iştirak etmək istəyənlər Daşkəsən, Samux, Göygöl və Gədəbəy rayon təhsil şöbələrində də iyunun 1-dən 7-nə qədər (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.