ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Yevlax şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 26 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 5-də Yevlax şəhərində vətəndaşları qəbul edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) AZƏRTAC-a bildiriblər ki, avqustun 5-də saat 11:00-da Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində (Ünvan: Yevlax şəhəri, Nizami prospekti, 61) keçiriləcək qəbulda Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş rayon sakinləri, bu rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya Komissiyanın Göyçay regional bölməsinə (ünvan: Göyçay ş. R. İsayev k., 43, telefon: (020) 274 66 74) şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidirlər.
Eyni zamanda, qəbulda iştirak etmək istəyən vətəndaşlar Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş rayon təhsil şöbələrinə qeydiyyat üçün müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.