ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi abituriyentlərə kömək etmək məqsədilə videoçarx hazırlayıb VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda elektron ərizənin doldurulma qaydası mərhələ-mərhələ izah edilib.

Videoçarxı https://www.youtube.com/watch?v=6-wP-oAht8Q  linkindən yükləmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.