ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi abituriyentlərin ixtisas seçiminə kömək üçün kitabçalar nəşr etdirib

Bakı, 19 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) II və III ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr etdirilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yer alıb.

I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə iyulun 22-də keçiriləcək qəbul imtahanın nəticələri elan edildikdən sonra çap olunacaq.

Kitabçaları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.