ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olunan abituriyentlərə müraciət edib
Bakı, 21 avqust, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər tələb edilən sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər lazımi sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olunanlar siyahısından xaric edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:37]
Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb
- 23.04.2024 [16:34]
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
- 23.04.2024 [16:18]
BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb
- 23.04.2024 [14:45]