ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dək imtahan keçiriləcək binada olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://www.tqdk.gov.az/exam/sat/ keçidindən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.