ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Ağcabədidəki regional bölməsi Bərdəyə köçürülüb
Bakı, 29 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, 1 ünvanında yerləşən regional bölməsi Bərdə şəhəri, H.Əliyev prospekti, 88 ünvanına köçürülüb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Bərdə regional bölməsinin (əlaqə telefonu: (020) 205-01-86) fəaliyyət dairəsinə Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın və Xocavənd rayonları daxildir. Orta ixtisas təhsili və ali təhsil müəssisələrinə ərizə qəbulu üçün yaradılmış (bir qism abituriyentlər üçün) Sənəd Qəbulu Komissiyası da Bərdə regional bölməsində fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]