ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Ağdaşda vətəndaşları qəbul edəcək
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ağdaş rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul saat 11.00-da Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Göyçay ş., R. İsayev k., 43, əlaqə telefonu: (020) 274 66 74)) müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qəbul üçün Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayonlarının Təhsil şöbələrində də avqustun 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.