CƏMİYYƏT


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qazaxda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 21-də Qazax rayonunda vətəndaşları qəbul edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qəbulda Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Oktyabrın 21-də saat 14:00-da Qazax Şahmat Mərkəzində (ünvan: Qazax şəhəri, Bakı küçəsi, 27) keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya komissiyanın Gəncə regional bölməsinə (ünvan: Gəncə şəhər H.Əliyev meydanı. İnzibati bina ) müraciət etməlidirlər (əlaqə tel.: (0222) 56-50-67).

Bundan əlavə, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon təhsil şöbələrində oktyabrın 17–dən 20-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.