ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Yevlax şəhərində vətəndaşları qəbul edib VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5‑də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Yevlax şəhərində vətəndaşları qəbul edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qəbulda Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Görüşdə əsasən ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə, ali təhsil müəssisələrinə və rezidentura pilləsinə ixtisas seçimi, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Vətəndaşlara bildirilib ki, TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılacaq.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Görüşdə 40-dək vətəndaş iştirak edib.