ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri  Zaqatalada vətəndaşları qəbul edəcək

Bakı, 20 iyul, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul iyulun 28-də saat 12:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.

Bundan əlavə, Balakən, Zaqatala, Qax rayon təhsil şöbələrində iyulun 20-dən 27-nə kimi (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.