CƏMİYYƏT


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri sentyabrın 21-də Kürdəmirdə vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağsu rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul sentyabrın 21-də saat 11:00-da Kürdəmir Heydər Əliyev Mərkəzində (Kürdəmir şəhəri, Bakı prospekti 18) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya komissiyanın Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (Göyçay şəhəri, R.İsayev küçəsi 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Ucar, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.