REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vətəndaşları qəbul edib
Astara, 27 fevral, Bağır Əliyev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 27-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, vətəndaşların müraciətləri əsasən ümumi orta və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul, sınaq imtahanı, ali təhsil ocaqlarına qəbul və s. məsələlərlə bağlı olub.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Bəzi vətəndaşların Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]