ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin əməkdaşları Ukraynada dövlət qulluğu ilə bağlı keçirilən təlimdə iştirak ediblər

Bakı, 8 iyun, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı birinci Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Peşəkar, davamlı və siyasi qərəzsiz dövlət qulluğu: liderliyin və təşkilati mədəniyyətin rolu” mövzusunda təlim keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, təlimdə bu qurumun hüquqi təminat və insan resursları şöbəsinin Hüquqi təminat sektorunun müdiri Nərminə Bayramova və strateji inkişaf şöbəsinin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Nərmin Zeynalova iştirak ediblər.

Təlim Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd rəhbər vəzifəli şəxslərin innovasiyalar və dəyişikliklər sahəsində liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılması olub. Təlim “İdarəetmədə səmərəli ünsiyyət”, “İnsan resurslarının idarə edilməsi və strateji komandanın formalaşdırılması” və “ Dövlət hakimiyyətinin inkişaf etdirilməsi və dəyişikliklərin idarə edilməsi” mövzularında üç işçi qrupda işini davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.