CƏMİYYƏT


Dövlət İqtisad Universiteti Uludağ Universiteti ilə ikili magistr proqramına başlayıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyənin Uludağ Universitetinin dəvəti ilə Bursa şəhərində olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Uludağ Universiteti ilə UNEC arasında maliyyə və biznesin idarə edilməsi ixtisaslarında magistratura pilləsi üzrə ikili diplom proqramlarının açılması məqsədilə müvafiq müqavilə imzalanıb.

Ə.Muradov, həmçinin Uludağ Universitetinin Türk Ocaqları ilə birgə təşkil etdiyi “Hər il bir böyük türk: Məhəmmədhüseyn Şəhriyar” beynəlxalq elm festivalının açılış mərasimində çıxış edib.

Səfər çərçivəsində Ə.Muradov Bursada iqtisadiyyat üzrə təhsil alan bir qrup Azərbaycanlı magistr və doktorantlarla da görüşüb və onların akademik karyeralarını UNEC-də davam etdirmək imkanlarını müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.