ELM VƏ TƏHSİL


Dövlət İqtisad Universiteti ilə Sertifikatlı İctimai Mühasiblər Assosiasiyası arasında müqavilə imzalanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Sertifikatlı İctimai Mühasiblər Assosiasiyası (ACCA) arasında müqavilə imzalanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrə F1-F4, maliyyə ixtisasının tələbələrinə isə F1-F3 dərəcələri üzrə azadolma təqdim ediləcək. Bununla yanaşı, tələbələrə ASSA qeydiyyatı üzrə endirimlər də veriləcək. Tələbələr qeydiyyatdan onlar üçün ayrılmış xüsusi kodlarla keçəcəklər.

ACCA-nın Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbəri xanım Janetta Onişşuk və biznes əlaqələri üzrə menecer Dmitri Şkolnikovla görüşdə UNEC və ACCA arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib.

UNEC-in rektoru, professor Ədalət Muradovun təklifi ilə ACCA tərəfindən müəllimlərə treninq keçiriləcək və universitetlər arasında akademik əlaqələr yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.