ELM VƏ TƏHSİL
Dövlət İqtisad Universitetində “600+” tələbə klubu yaradılıb VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “600+” tələbə klubu yaradılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, klubun məqsədi universitetə 600 və daha yüksək balla qəbul olunan tələbələri bir araya toplamaqla onların potensialını dəyərləndirməkdir.
Klubun üzvləri UNEC-in elmi, ictimai və sosial həyatında fəal iştirak edəcək, tələbə həyatı ilə bağlı layihə və proqramlar hazırlayacaq, eyni zamanda, intellektual-əyləncəli tədbirlər keçirəcəklər. “600+” klubu UNEC-i yerli və beynəlxalq səviyyəli konfrans, müsabiqə və olimpiadalarda təmsil edəcək.
Klub üzvləri tələbə-mentorlarla fikir mübadiləsi aparacaq, onlar arasında təhsil kultunun yüksəldilməsi və uğurlu tələbə obrazının təbliği istiqamətində tədbirlər keçirəcəklər.