CƏMİYYƏT


Dövlət İqtisad Universitetində “Elm aylığı”na başlanılıb

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Dünya Elm Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı”na başlanılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı, geniş tədbirlər planı təsdiqlənib. Plana uyğun olaraq, oktyabr ayının 10-dan silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Azərbaycanın tanınmış elm xadimlərinin və iqtisadçılarının da qatılacağı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçiriləcək, müzakirələr və diskussiyalar təşkil olunacaq.

“Elm aylığı”nda “Elmin insan inkişafında rolu”, “Elmi tədqiqatlarda İKT-nin rolu”, “Elm və təhsil vəhdətinin yeni dizaynı”, “UNEC-də elmi və pedaqoji kadrların hazırlığı məsələləri” və digər mövzularda müzakirələr aparılacaq.

“Elm və təhsilin vəhdəti” mövzusunda TEDx beynəlxalq konfransın keçirilməsi də UNEC-də təşkil olunan “Elm aylığı”na daxil edilib. Dünya Elm Günü münasibətilə noyabrın 10-da keçiriləcək son toplantıda “Elm aylığı”na yekun vurulacaq və müvafiq komissiya tərəfindən dəyərləndirilən elmi məqalələr müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.