CƏMİYYƏT


Dövlət İqtisad Universitetində Rus İqtisadiyyat Məktəbinin yaradılması inteqrasiya prosesini sürətləndirəcək

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbinin (RİM) yaradılması Rusiya və digər MDB ölkələrinin təhsil məkanına inteqrasiya prosesini sürətləndirəcək.

Bu barədə məlumat verən məktəbin direktoru Mənsur Bərxudarov AZƏRTAC-a bildirib ki, yeni tədris ili başlayanadək RİM-in səmərəli idarəetmə mexanizmi işə salınacaq. Məktəbin maddi-texniki bazası formalaşdırılacaq. Məktəbə xaricdən, xüsusilə də Rusiyadan nüfuzlu alimlər cəlb olunacaq. Burada təhsil alan tələbələrə Rusiyanın iri korporativ biznes strukturlarında istehsalat təcrübəsi keçməsinə şərait yaradılacaq.

RİM-də ixtisas üzrə kadr hazırlığı barədə məlumat verən M.Bərxudarov deyib ki, regionun iqtisadyönümlü ən böyük ali təhsil ocağı olan UNEC-də 21 ixtisas üzrə mütəxəssis hazırlanır. İqtisadyönümlü bütün ixtisasların rus bölmələri RİM-də toplaşacaq. Beləliklə, məktəbdə 11 profil – maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, sənayenin təşkili və idarəedilməsi, ekologiya, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, marketinq, kommersiya, menecment və biznesin idarəedilməsi ixtisasları üzrə ən yüksək səviyyədə kadr hazırlığı həyata keçiriləcək.

Məktəbdə ancaq bakalavr pilləsində əyani təhsil alan tələbələr oxuyacaqlar. Rus bölməsinin vahid mərkəzdən idarə edilməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.