CƏMİYYƏT


Dövlət İqtisad Universitetində tədris modernləşdirilir

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) iqtisadiyyat və sənaye, həmçinin beynəlxalq iqtisadi münasibətlər fakültələrinin ləğv edilərək onların bazasında yeni meqa fakültənin yaradılmasında məqsəd idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçməkdir.

Bu barədə AZƏRTAC-a məlumat verən fakültənin dekan əvəzi, iqtisad elmləri namizədi, dosent Asiman Quliyev bildirib ki, meqa fakültələrin yaranması gələcəkdə ADİU-nun tərkibində institutların fəaliyyət göstərməsi üçün obyektiv zəmin ola bilər. Məqsəd tədrisin modernləşdirilməsidir.

A.Quliyev vurğulayıb ki, beynəlxalq təcrübədə fakültələrin reytinqinin müəyyənləşdirilməsində məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biridir. ADİU-nun iqtisadiyyat fakültəsində təhsil alan və məzun olan gənclərin məşğulluq probleminin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. İlk olaraq fakültədə işədüzəltmə sahəsi üzrə tələbə məlumat bankının hazırlanması təmin ediləcək. Tələbə və magistrlər üçün biznes-inkubasiya mexanizmindən, məzun yarmarkalarından istifadə olunacaq, dövlət və özəl qurumlar tərəfindən mütəmadi təqdimatlar təşkil olunacaq. Əsasən aşağı kurslarda oxuyan tələbələrə karyera planlama fikrini aşılamaq, məzun olmağa namizəd tələbələrin cəmiyyətdə səmərəli yer tuta bilmələrinə köməklik göstərmək kimi məsələlərə diqqət yetiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.