CƏMİYYƏT


Dövlət İqtisad Universitetinin beynəlxalq əlaqələri genişlənir

A+ A

Bakı,19 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, xarici ölkələrin təhsil ocaqları ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq yay məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini və s. nəzərdə tutur. UNEC dünyanın 32 ölkəsindən 92 universitet ilə əməkdaşlıq edir.

Qeyd edək ki, UNEC-də tədris prosesi və kadr hazırlığı Amerika və Avropa təhsil sisteminə uyğun aparılır. İxtisaslar bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə Azərbaycan, ingilis, rus və türk dillərində tədris olunur. Universitetdə 11 fakültə fəaliyyət göstərir və 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistrant təhsil alır. UNEC-də təhsil alanlar sırasında, həmçinin dünyanın 12 ölkəsindən 850-dən çox tələbə və magistrant da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.