CƏMİYYƏT


Dövlət İqtisad Universitetinin müəllim və tələbələrinin layihələri qrant müsabiqəsinin qalibi olub

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin layihələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin Beynəlxalq İqtisadiyyat Məktəbinin ikinci kurs tələbəsi Eşqin Cəfərovun “Misgar.az” layihəsi 15 min manat, texnologiya və dizayn fakültəsinin dördüncü kurs tələbəsi Fəqan Çələbizadənin “TagWishes” layihəsi 14 min manat, biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədovun “Texnologiya transferi mexanizminin təkmilləşdirilməsində veb resursların işlənilməsi və tətbiqi” layihəsi isə 12 min manat qrant qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.