CƏMİYYƏT


Dövlət İqtisad Universitetinin müəllimi Almaniyanın Siegen Universitetində mühazirə oxuyub

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Fəxri Məmmədov və Beynəlxalq İqtisadiyyat Məktəbinin 10 tələbəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Almaniyanın Siegen Universitetində olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, F.Məmmədov mübadilə proqramı çərçivəsində bir həftə UNEC və Siegen Universitetinin tələbələrinə “Maliyyə bazarları” mövzusunda mühazirə keçib.

Qeyd edək ki, noyabrın sonunda mübadilə proqramı çərçivəsində Siegen Universitetinin professoru Petra Muq və 11 alman tələbənin UNEC-ə səfəri gözlənilir. Petra Muq bir həftə ərzində alman və yerli tələbələrə “Sahibkarliq” mövzusunda dərs keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.