ELM VƏ TƏHSİL


Dövlət İqtisad Universitetinin müəllimi Macarıstan universitetində mühazirələr oxuyub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov Avropa Komissiyasının “Erasmus+” müəllim mübadilə proqramı çərçivəsində Macarıstanın Dunaujvaros Universitetinin tələbələrinə “Sahibkarlıq strategiyası” mövzusunda mühazirələr oxuyub.

T.Süleymanov, həmçinin Dunaujvaros Universitetində keçirilən iki beynəlxalq elmi konfransda da iştirak edib. “Elm həftəsi” çərçivəsində keçirilən birinci konfransda onun “Azərbaycanda telekommunikasiya şirkətlərinin brend arxitektura strategiyaları” mövzusunda çıxışı dinlənilib. XIII İSBİS Biznes İnformasiya Sistemləri Konfransında isə T.Süleymanov iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Rzayevlə birgə yazdığı “Azərbaycan dövlət universitetlərində tədrisdə, təhsilin mənimsənilməsində və idarəetmədə İKT-nin tətbiqi (UNEC nümunəsində)” məqaləsinin tezislərini təqdim edib.

Xatırladaq ki, UNEC-lə Dunaujvaros Universiteti arasında birgə elmi tədqiqat işlərinin aparılması və “Erasmus+” müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb. Proqram çərçivəsində bir müddət əvvəl Dunaujvaros Universitetinin professorları da UNEC-in “SABAH” qrupunun tələbələrinə “Əmək bazarı” mövzusunda mühazirələr oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.