CƏMİYYƏT


Dövlət İqtisad Universitetinin müəllimi beynəlxalq konfransda Qarabağ problemindən bəhs edib

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlı Türkiyənin İstanbul şəhərində keçirilən konfranslarda məruzələrlə çıxış edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, A.Aslanlı Marmara Universitetində “Cənubi Qafqazdakı son proseslər və Qarabağ problemi” mövzusunda çıxışında Qarabağ probleminin həll olunmamasının Azərbaycan, region və dünya üçün yaratdığı mənfi nəticələr və risklər barədə məlumat verib.

A.Aslanlı İstanbul Şehir Universitetində keçirilən “Avrasiyanın Balkanları – Qafqaz regionunda güc savaşları” adlı konfransda Qafqaz regionunun əhəmiyyətindən, tarixi rəqabətdən və hazırda gedən proseslərdən danışıb, sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.