MƏDƏNİYYƏT
Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərbaycan Dövlət Musiqili Teatrında saxlama vahidləri daxil olub
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərbaycan Dövlət Musiqili Teatrı tərəfindən 24313 saxlama vahidi fotosənəd, 4 saxlama vahidi kinosənəd daxil olub.
Arxivdən AZƏRTAC-a bildirilib ki, foto-kino sənədlər son 25 ildə, dövlət müstəqilliyi əldə edildikdən sonrakı illərdə teatrda Azərbaycan və rus bölmələrində səhnələşdirilən tamaşaların afişalarını, proqramlarını, aktyorların məşqlərini və səhnə görüntülərini, orkestr, xor truppalarının ifasını, teatrın qastrol səfərlərini, texniki və inzibati heyətinin fəaliyyətini və ictimai baxışları əks etdirir.
Teatrda çalışan geyim və qrim rəssamlarının, bəstəkarların, müəlliflərin fotosənədləri, teatr festivallarındakı görüntülər də qəbul edilən fotosənədlərin tərkibinə daxildir.
Hazırda arxivdə qəbul edilən 24313 saxlama vahidi fotosənədin, 4 saxlama vahidi kino (video) sənədin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin qısa müfəssəl məzmunu hazırlanır.