CƏMİYYƏT


Dövlət Komissiyası cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq, iyulun 15-də 11 və 17 saylı cəzaçəkmə müəssisələrində təbliğat və maarifləndirmə tədbirləri keçirilib.

Komissiyadan AZƏRTAC-a bildiriblər ki, məqsəd “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsidir.

Tədbirlərdə Dövlət Komissiyasının İşçi qrupunun və Respublika Narkoloji Mərkəzinin əməkdaşları narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə məlumat veriblər.

İştirakçılara Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri paylanıb. Maarifləndirici materialların elektron versiyaları xidməti istifadə üçün müəssisələrin rəhbərliyinə təqdim olunub.

Sonda “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.