CƏMİYYƏT


Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı vətəndaşlara müraciət edib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə əsasən, hazırda Komissiya tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi və sistemləşdirilməsi işi davam etdirilir.

Komissiyadan AZƏRTAC-a bildiriblər ki, aidiyyəti dövlət qurumlarının vasitəsilə aparılan araşdırma nəticəsində itkin düşmüş şəxslərin böyük əksəriyyəti haqqında məlumatların dəqiqləşdirilməsinə baxmayaraq, onlardan 100-dən çoxunun fotoşəklinin əldə edilməsi mümkün olmayıb.

Bunu nəzərə alaraq, Dövlət Komissiyası siyahıdakı itkin düşmüş şəxslərin ailə üzvlərindən, qohumlarından, dostlarından və yaxınlarından (sinif, tələbə, əsgərlik və ya iş yoldaşlarından, qonşularından, həmkəndlilərindən və onları tanıyan digər insanlardan) onların fotoşəkillərinin tapılmasına yardım etmələrini xahiş edir.

Fotoşəkillər Dövlət Komissiyasının İşçi Qrupuna (Bakı şəhəri, Parlament prospekti, 14), Dövlət Təhlükəsizliyi Xidmətinin yerli struktur bölmələrinə təqdim edilə, eyni zamanda, Dövlət Komissiyasının elektron poçt ünvanına ([email protected]) göndərilə bilər.

Dövlət Komissiyası bir daha vətəndaşları bu məsələ ilə bağlı yardım etməyə çağırır.

Əlaqə telefonları: (012) 405 85 79; (012) 405 83 82.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.