SİYASƏT


Dövlət Komitəsi tərəfindən “Multikulturalizm ili” çərçivəsində ümumilikdə 150-dən çox tədbir keçirilib

A+ A

Bakı, 27 dekabr, Səbinə Məmmədova, AZƏRTAC

Dövlət Komitəsi tərəfindən “Multikulturalizm ili” çərçivəsində ümumilikdə 150-dən çox tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu il ərzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda respublikanın, demək olar ki, bütün bölgələrini əhatə edən 22 regional konfrans, “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda 27 seminar-treninq təşkil olunub. Bakı, Qəbələ, eləcə də Təbriz şəhərlərində beynəlxalq konfranslar və sərgilər təşkil edilib, ölkəmizdəki multikulturalizm ənənələrinin beynəlxalq arenada təbliği istiqamətində çoxsaylı görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.