CƏMİYYƏT


Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DQİDK-nın sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu rayonunda Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: M.Rəsulzadə küçəsi) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.