CƏMİYYƏT


Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.