ELM VƏ TƏHSİL
Dövlət Miqrasiya Xidməti Baş idarə rəisinin ATU-da təhsil alan əcnəbi tələbələrlə görüşü
Bakı, 27 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi Vahid Qəhrəmanovun Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələrlə görüşü olub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə V.Qəhrəmanov miqrasiya sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, xüsusilə də tələbələrin təhsil almaları ilə bağlı müəyyən qaydalar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi, o cümlədən tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır.
V.Qəhrəmanov bununla bağlı prosedur qaydalarından söz açıb. Bildirilib ki, Əmək Məcəlləsinə və digər qanunlara görə, vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz.
Sonra əcnəbi tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]