İQTİSADİYYAT


Dövlət Neft Fondu Avropa Yenidənqurma və İnkişaf Bankının Səhm İştirak Fonduna sərmayə yatıracaq

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro məbləğində sərmayə yatırılması nəzərdə tutulur.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Səhm İştirak Fondu institusional investorlara AYİB-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirib: “Səhm İştirak Fonduna investisiya bizim investisiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə bağlı investisiya strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcək. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar ARDNF-ə riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.