İQTİSADİYYAT


Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdədir

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondların Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşıb.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan qiymətləndirmə nəticəsində cədvəldə ilk beşlikdə Norveç Pensiya Fondu (1-ci yer), Yeni Zelandiya Pensiya Fondu (2-ci yer), Amerika Birləşmiş Ştatlarının Vayominq Mineral Trast Fondu (3-cü yer), Azərbaycan Respublikası Dövlət Neft Fondu (4-cü yer) və Kanadanın Alberta Mirası Trast Fondu (5-ci yer) yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.