İQTİSADİYYAT
Dövlət Neft Fondunda MHŞT üzrə seminar
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığına dair seminar keçirilib.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi 2015-ci il üzrə başlanmış hesabatlılıq prosesində şirkətlər və hökumət tərəfindən təsdiq olunacaq məlumatların keyfiyyətinin artırılması, səhvlərin sayının azaldılmasıdır. Seminarda şirkətlər, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə yanaşı, MHŞT Koalisiyasının üzvləri də iştirak ediblər.
MHŞT üzrə Katibliyin nümayəndələri 2016-cı il Peruda yenilənmiş MHŞT Standartının fərqləndirici xüsusiyyətləri, 2015-ci il üzrə MHŞT Hesabatlarını hazırlayacaq “Moore Stephens” şirkətinin nümayəndəsi isə hasilat şirkətlərinin keçən MHŞT hesabatlılığında etdiyi səhvlərin təhlili və növbəti hesabatlılıqda diqqət yetiriləcək məsələlər barədə iştirakçılara təqdimatlar ediblər.
QHT Koalisiyasının üzvləri isə ümumilikdə vətəndaş cəmiyyətinin MHŞT prosesində rolu və şirkətlərlə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıblar.
Seminar interaktiv şəkildə qarşılıqlı sual və cavablarla davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]