İQTİSADİYYAT


Dövlət Neft Fondunun Fransaya gələcək investisiya imkanları müzakirə olunub

Bakı, 12 may, AZƏRTAC 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları müzakirə edilib.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, müzakirələr mayın 12-də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Ş.Mövsümov qonaqlara ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Görüşdə ARDNF-in Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti fondun muzeyi ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.