İQTİSADİYYAT
Dövlət Neft Fondunun aktivləri 33,2 milyard dolları ötüb
Bakı, 18 aprel, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 33,2 milyard dolları ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında fondun icraçı direktoru, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, 2017-ci il aprelin 1-nə fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 0,18 faiz artaraq 33 207,2 milyon ABŞ dollarına bərabər olub. Sözügedən artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi, (əsasən avro, Rusiya rublu, funt-sterlinq), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə, səhm və qızıl portfelinin) əhəmiyyətli müsbət təsir göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]