İQTİSADİYYAT
Dövlət Neft Fondunun aktivlərinin 79,3 faizi istiqrazlar və pul bazarı alətləridir
Bakı, 17 oktyabr, AZƏRTAC
Bu il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsü - 79,3 faiz istiqrazlar və pul bazarı alətləri, 11,6 faiz səhmlər, 5,3 faiz daşınmaz əmlak və 3,8 faiz qızıl təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in cari ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına həsr edilən hesabatında deyilir. Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı belədir: 41,6 faiz Avropa, 27,3 faiz Asiya-Sakit Okean, 24,1 faiz Şimali Amerika, 3,9 faiz Avstraliya-Yeni Zelandiya, 0,4 faiz Yaxın Şərq və 0,1 faiz Cənubi Amerika.
Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsü isə 68,6 faiz inkişaf etmiş ölkələr, 28,8 faiz inkişaf etməkdə olan ölkələr və 2,6 faiz beynəlxalq maliyyə təşkilatlarını əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]