MƏDƏNİYYƏT


Dövlət Pantomima Teatrı mövsümü “Adagio” ilə açacaq

A+ A

Bakı, 4 avqust, Ceyhun Alışlı, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə də ənənəsinə sadiq qalaraq mövsümü maraqlı tamaşa ilə açacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, sənət ocağı sentyabrın 17-də “Adagio” tamaşasını təqdim edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə, rəqslərin quruluşu isə Elnur İsmayılova məxsusdur.

Tamaşada rolları teatrın aktyorları canlandıracaqlar.

Qeyd edək ki, səhnə əsərində müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur.

Həmçinin, tamaşada qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.