İQTİSADİYYAT


Dövlət Proqramı çərçivəsində Xəzər rayonunun qəsəbələrində asfalt yollar çəkilib

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində Bakının Xəzər rayonu ərazisində asfalt yolların çəkilişi, əsaslı və cari təmiri istiqamətində müəyyən işlər görülüb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Binə qəsəbəsinin mərkəzi Ə.İsazadə küçəsindəki yenidənqurma işləri çərçivəsində 54 min 700 kvadratmetr, Qala-Pirallahı avtomobil yolunda 65 min kvadratmetr, Mərdəkan qəsəbəsi S.Yesenin, B.Əliyev, Q.İsmayılov, S.Dadaşov küçələrində 18 min 180 kvadratmetr asfalt yol çəkilib.

Bununla yanaşı, Xəzər Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şağan qəsəbəsində 14 min 600 kvadratmetr, Mərdəkan qəsəbəsində 5 min 500 kvadratmetr, Zirə qəsəbəsində 17 min 960 kvadratmetr, Binə qəsəbəsində 3 min 700 kvadratmetr, Şüvəlan qəsəbəsində 1500 kvadratmetr, Buzovna qəsəbəsində 18 min kvadratmetr, asfalt örtüyü salınıb, Türkan qəsəbəsində isə 5 kilometr yol cari təmir olunub.

Bu dövr ərzində rayon ərazisində küçə və meydanlar, parklar abadlaşdırılıb, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılıb və yenidən qurulub, su və kanalizasiya sistemləri yenilənib, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.