İQTİSADİYYAT


Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, AZ0104013518 və AZ0102012512 ISIN kodlu istiqrazların ümumi həcmi 30 milyon manat, hər bir istiqrazın nominal dəyəri 200 manat, tədavül müddəti 546 gün, ödəmə tarixi 2017-ci il sentyabrın 5-i və martın 7-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.