CƏMİYYƏT


Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən təlim-tədris mərkəzinin yaradılmasının 25-ci ildönümü qeyd olunub

Bakı, 10 iyul, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən təlim-tədris mərkəzinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himni oxunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhəd mühafizəsinə ali diqqəti və qayğısı sayəsində şəxsi heyətin xidməti-döyüş şəraitinin, hərbi hissələrin maddi-texniki təminatının və təchizatının ən müasir standartlar səviyyəsinə qaldırıldığı, sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunduğu bildirilib. Bu uğurların qazanılmasında Dövlət Sərhəd Xidmətinin təlim-tədris mərkəzinin də xüsusi xidmətləri olduğu qeyd edilib.

Dövlət sərhədlərimizin mühafizəsinin yüksək səviyyədə təmin olunması əhəmiyyətli dərəcədə şəxsi heyətin hazırlığından asılıdır. Fəaliyyət göstərdiyi müddət ərzində hərbi hissə sərhədçi əsgərlərin və müxtəlif ixtisaslar üzrə peşəkar heyətin hazırlanmasında yüksək nəticələr əldə edib.

Tədbirdə hərbi hissənin keçdiyi şərəfli inkişaf yolu haqqında ətraflı məlumat verilib, təlim-tədris mərkəzində gənc əsgərlərin əsl sərhədçi, ləyaqətli insan kimi formalaşdırılması, Vətənini və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməyə qadir hərbi qulluqçular kimi hazırlanması istiqamətində zəngin təcrübə əldə olunduğu qürur hissi ilə vurğulanıb.

Tədbirdə xidməti fəaliyyətlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup sərhədçi, həmçinin hərbi hissənin formalaşmasında və inkişafında xidmətləri olmuş şəxslərə təltiflər təqdim olunub.

Sonda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və incəsənət ustaları sərhədçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.