CƏMİYYƏT


Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edəcək

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də saat 10:00-da Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları oktyabrın 25-dək Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.

DSX-in mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sakinlərdən qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.